Tariximiz

1986-cı ildə əsası qoyulmuş Gəncə avtomobil zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə ğörə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi.  Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb.

...

Davamı

Xəbərlər
Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda ölkə başçısı kənd təsərrüfatı sahəsində əldə olunmuş nailiyyətlər barədə söyləyib. Və burada prezident Gəncədə traktorların istehsal olunduğunu xüsusi vurğulayib. Sitat: “Biz son illər ərzində kənd təsərrüfatının inkişafına xüsusilə böyük diqqət göstərmişik və əməli-praktik tədbirlər də görülmüş, texnika alınmışdır. Bu gün texnika ilə problemlər yoxdur, təmin olunur. Hətta biz Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalına başlamışıq. Qısa müddət ərzində Gəncədə traktor istehsalına başlamışıq...”

23.04.09
Bu gün Gəncə avtomobil zavodunda konveyerdən düşən sayca 1000-ci traktorun təqdimat mərasimi keçirilib. Bu hadisənin böyük əhəmiyyəti var. 2004-cü ildə “OKA” avtomobillərin yığımı ilə fəaliyyətə başlayan Gəncə avtomobil zavodu bu gün “Belarus” traktorları istehsal edir. 1000-ci traktorun istehsalı ilə bağlı keçirilən tədbirdə Belarusun Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Nikolay Patskeviç, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev, Nizami və Kəpəz rayon icra hakimiyyətləri başçıları və şəhər ictimayyəti iştirak edib.

06.04.09
Bu ilin mart ayında Gəncə avtomobil zavodunda 102 ədəd traktor istehsal edilib. Bundan 83 ədədi “Belarus 892”, 19 ədədi isə “Belarus 1221” model traktordu. Ümumilikdə müəssisədə son 3 ay ərzində 143 traktor ( 121 ədəd “Belarus 892”, 21–“Belarus 1221”, 1 ədəd isə “Belarus 82.1”) buraxılıb. Bunlardan 139 traktor kontrakta əsasən “Aqrolizinq” ASC təhvil verilib, qalanlar isə fərdi sifarişçilər tərəfindən alınıb.

29.03.09
 

Yeni Modellər